Sumqayıtda batareya udan uşaq ölüb - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:03 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     22:01 Araik Harutyunyan məhkəmədə üzr istədi  |     21:57 Cahangir Əsgərovun xanımı vəfat etdi  |     21:55 Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanış olmaq üçün 10 gün əlavə vaxt verilib  |     21:28 Vardanyan, Arayik... - Məhkəmədən FOTOLAR  |     21:17 Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ  |     21:13 KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb  |     20:31 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     20:19 Coşqun və Rafael bu dəfə AĞLATDILAR - VİDEO  |     20:17 İqtisadi fəal əhalinin sayı açıqlandı  |     20:10 Azərbaycan Atçılıq Federasiyasında yeni təyinat  |     20:01 Bakıda evdən meyit tapıldı  |     19:56 İran Prezidenti Putinlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib  |     19:47 İraq Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib  |     19:40 Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi  |     19:31 Son günlər artan kiberdələduzluq halları ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:22 Bakıda kişi küçədə öldü  |     19:14 Gürcü ekspert: Kobaxidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığa verilən önəmi göstərir  |     18:35 Gürcüstanın baş nazirinin Azərbaycana səfəri başa çatıb  |     18:25 Küləyin sürəti güclənib - FAKTİKİ HAVA  |    

Sumqayıtda batareya udan uşaq ölüb - YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsi batareya udan uşağın ölməsi ilə bağlı məlumat yayıb.

Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstə 28.03.2022-ci il təvəllüdlü, Qədirli Məryəm Qafur qızı 16.10.2023-cü il tarixində TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına ağır vəziyyətdə, süni tənəffüs aparatına qoşulu özəl tibb müəssisəsinin təcili yardım briqadası tərəfindən gətirilib və birbaşa reanimasiya şöbəsinə yerləşdirilib:

“Valideynin verdiyi anamnezə əsasən uşaq bir həftədən çoxdur xəstə olub. 16.10.2023-cü il tarixdə Uşaq Xəstəxanasının Poliklinika şöbəsinə poliklinika şöbəsinə öskürək, hərarət, halsızlıq, qusma, yeməkdən imtina şikayətləri ilə pediatra müraciət edib. Müayinələr nəticəsində uşağın qida borusunda yad cisim olduğu aşkarlanmışdı. Uşaq Sumqayıtda yerləşən özəl klinikaların birinə göndərilib. Yad cisim çıxarıldıqdan sonra uşaq valideynləri tərəfindən evə aparılıb. Valideynin dediyinə görə, axşam uşağın vəziyyəti qəflətən pisləşib. Valideyn uşağı yaxında yerləşən özəl klinikaya çatdırıb. Klinikada uşağın vəziyyətini tənəffüs ürək dayanması kimi qiymətləndirilərək, ilkin yardım göstərilib və süni tənəffüs aparatına qoşularaq Uşaq Xəstəxanasına çatdırılıb. 17.10.2023 saat 06:40-da xəstədə təkrar ürək dayanması baş verib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq bu gün saat 07:10 radələrində bioloji ölüm baş verib”.

* * * * *

Sumqayıtda valideyn nəzarətindən kənarda qalaraq batareya udan azyaşlı ölüb.


APA xəbər verir ki, 2022-ci il təvəllüdlü Məryəm Qafur qızı Qədirova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, azyaşlı bu gün səhər müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 071 17.10.23 15:34