Oğuz rayonunda yanğın hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, əvvəllər çörək sexi kimi fəaliyyət göstərmiş binada yanğın qeydə alınıb. Hadisə yerinə Oğuz Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür.