Ucarda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Gəncə istiqamətində hərəkətdə olan “Mercedes-Benz” markalı minik maşını idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Nəticədə Göyçay rayon sakinləri: 1997-ci il təvəllüdlü Rəsul Kamal oğlu Məmmədli, 1994-ci il təvəllüdlü Elgün Şakir oğlu Qasımov, 1960-cı il təvəllüdlü Şahin Əlihüseyn oğlu Qasımov və 1987-ci il təvəllüdlü Fariz Şahin oğlu Qasımov müxtəlif xəsarətlər alıblar.
Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.