Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında dənizdə ("Xaçmaz” sularda xilasetmə məntəqəsindən təqribən bir kilometr aralı, qeyri-çimərlik ərazi) bir nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə daxil olan məlumatla FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, dənizdə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğludur.
Hazırda axtarış tədbirləri həyata keçirilir.