Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) iki nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hal-hazırda axtarışlar aparılır.
İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.
Əlavə məlumat veriləcək.