Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində gedən yolda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, avtoqəza sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən baş verib.
BMW-nin sürücüsü sükana nəzarəti itirib. Bu səbəbdən maşın beton arakəsməyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.