Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Vilvan kəndində baş verib.
Belə ki, “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı drenaj kanalına aşıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Aşaraq deformasiyaya uğrayan avtomobildən üç nəfər çıxarılıb. Müxtəlif dərəcəli xəsarətlər alan Vilvan kənd sakinləri - 17 yaşlı Turan Turab oğlu Ağayev, həmyaşıdı Elgün Rauf oğlu Səmədov və 16 yaşlı Səbuhi Nurəddin oğlu Tahirzadə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, hadisə zamanı sükan arxasında T.Ağayev olub. Sol bazunun çıxığı və sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulan yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.