Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
“Azərsu” ASC-nin binası qarşısında yolu keçən 62 yaşlı Əhmədov Bəhruz Mustafa oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Qeyd edək ki, B.Əhmədov 5 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimidir.
Hadisənin təfərrüatı araşdırılır.