Quba rayonunun Səbətlər kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Yanğın yerinin kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Rəhmanova Gülnaz Cəzail qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.