Bu gecə paytaxt Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Xəzər rayonunda iki avtomobil toqquşub.
Yol qəzası nəticəsində 1976-cı il təvəllüdlü Əzizova Nazimə Ağarza qızı xəsarət alıb.
O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.