Abşeronda fəhlə yük avtomobilinin altında qalaraq öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:32 Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb  |     12:26 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     12:22 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     12:20 Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı  |     12:19 Sumqayıtda hamilə qadın qəfil öldü  |     12:18 Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI  |     22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |    

Abşeronda fəhlə yük avtomobilinin altında qalaraq öldü

Aprelin 28-də saat 13 radələrində Abşeron rayonu ərazisində yerləşən asfalt-beton zavodunda 1973-cü il təvəllüdlü Mövludov Cəmşid Mövlud oğlunun yük avtomobilinin altında qalaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla Abşeron rayonunda yerləşən “14 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin asfalt-beton zavodunda fəhlə işləyən Cəmşid Mövludovun yükün boşaldılması zamanı yük avtomaşınının altında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 218 29.04.21 12:45