Mingəçevir şəhərində usta işlədiyi həyətdə ölüb.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə balıq zavodu yaxınlığındakı fərdi təsərrüfatlardan birində baş verib.
Həmin ünvandakı tikilidə usta kimi çalışan 1959-cu il təvəllüdlü şəhər sakini Məhyəddinov Gülağa Gülməmməd oğlu iş başında qəfil keçinib. Əldə edilən məlumata görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.