"Uşağım xəstədir" deyib, 15 min yığdı, evini təmir etdirdi: Ev də yandı, uşaq da » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:22 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     12:20 Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı  |     12:19 Sumqayıtda hamilə qadın qəfil öldü  |     12:18 Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI  |     22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |    

"Uşağım xəstədir" deyib, 15 min yığdı, evini təmir etdirdi: Ev də yandı, uşaq da

Azərbaycanda valideynlər gözləri görməyən azyaşlı uşaqları üçün verilişdə yığılan 15 min manatı alıb evlərini təmir ediblər.

Bu barədə "Elgizlə izlə" verilişinin aparıcısı Elgiz Əkbər məlumat verib.

O 3 il öncə verilişə müraciət edən ailədən danışıb:

"O zaman mən gənc və çox təcrübəsiz idim. İnsanlara çox inanırdım. Qucaqlarında gözləri görməyən uşaq olan ailə bizə müraciət etdi. Ukraynada bir həkim uşağın əməliyyatını boynuna götürmüşdü. Uşağın analizinin cavabı Ukraynaya göndərilmişdi. Oradakı həkim uşağın gözlərinin açılmasına zəmanət vermişdi. Amma əməliyyat üçün 15 min manat pul lazım idi. Uşaq da dünya gözəli idi. Azərbaycan xalqına qurban olum. Verilişdə 15 min manat toplandı. Mən toplanan pulu anasına verdim ki, aparıb uşağı əməliyyat etdirsinlər.

Aparıcı deyib ki, 1 ay yarım sonra ailənin yalanı üzə çıxıb:

"Ay yarım keçəndən sonra uşaqdan narahat oldum. Çəkiliş qrupunu ailənin evinə göndərdim. Əməkdaşlarımız qonşuların qapısını döyüb, onlardan uşağı soruşublar. Qonşular onların yığılan 15 min manatla evlərini təmir etdiklərini, yeni mebellər aldıqlarını, uşağın isə ortalıqda qaldığını bildiriblər. Bir ay keçmədi həmin ev yanıb kül oldu, uşaq da içərsində həlak oldu. Allah götürmədi bu yalanı. Əgər kimsə edilən yaxşılığa xor baxarsa, cəzasını da çəkəcək".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            654 16.04.21 23:13