Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin ondulindən ibarət dam örtüyü 65 kvadratmetr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.