Bakı-Qazax avtomagistralının Ələtdən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ötən gün qeydə alınıb.
Belə ki, Gəray Məmmədov Bakıdan Goranboya gedən zaman Bakı-Qazax avtomagistralının Ələtdən keçən hissəsində xidməti maşınla karantin postunda qəza törədib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, G.Məmmədov Goranboy Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır.