Paytaxtın Xətai rayonunda avtobus piyadanı vurub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, 1997-ci il təvəllüdlü E.Mehdiyev 57 saylı marşrut xətti üzrə idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada, 1992-ci il təvəllüdlü G.Eminovanı vurub.
Hadisə nəticəsində yaralanan piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasına, daha sonra isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb. Ona “kəllə-beyin travması” və “döş qəfəsinin əzilməsi” diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.