Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev şəhər-rayon icra hakimiyyətlərinin başçılarını qəbul edib.
Unikal.org xəbər verir ki, Samir Nuriyev iclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu tənqid edib.
Administrasiya rəhbəri A.Məmmədova Şəmkirdə keçirilən Bələdiyyə Seçkilərinə müdaxilə etdiyi və vətəndaşların şikayətlərinə laqeyd yanaşdığı üçün iradını bildirib.