Bakıda zəhərlənərək ölən qızlarla bağlı universitetdən açıqlama: “Tələbələrdən biri...” - VİDEO
Bakıda yanğın zamanı tüstüdən ölən üç əcnəbi vətəndaş Qərbi Kaspi Universitetinin universitetin hazıqlıq qruplarında təhsil alıblar.
Bunu oxu.az-a açıqlamasında universitetin mətbuat katibi Vüsal Məmmədov bildirib.
Onun sözlərinə görə, tələbələrdən biri artıq kursu bitirmək üzrə idi:
“Tələbələr universitetin ingilis dili kursunun dinləyiciləridir. Onlar universitetə qəbul olunmaq üçün hazırlıq qrupları kurslarında təhsil alırlar. Bu, bir illik hazırlıq kurslarıdır. Universitet onların mənzil seçiminə müdaxilə etmir. Tələbərdən biri artıq kursu bitirib. Sonradan başqa viza ilə ölkəyə yenidən gəlib. Digər ikisinin isə bir neçə aya kursu bitəcəyi planlaşdırılırdı”.
Qeyd edək ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə yanğın baş verib.
Hadisə zamanı mənzildə tüstüdən Şri-Lanka vətəndaşları olan üç qız zəhərlənərək ölüb.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!