Bakı şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un xəbərinə görə, hadisə Binəqədi rayonunun Xocəsən qəsəbəsinin ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini İsrafil Kərimovu vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.