Bakının Nəsimi rayonunda psixotrop dərmanlardan ağır zəhərlənmə halı qeydə alınıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, dekabrın 30-da saat 19:40-da Mirəli Qaşqay küçəsindəki evdə yaşayan 2000-ci il təvəllüdlü T.Əliyev güclü psixotrop dərman qəbul edib. Onu 1 nömrəli Kliniki Tibbi Mərkəzə aparıblar.
Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.