Bakıda qadın dəm qazından zəhərlənib.
Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Rayon sakini, 1966-cı il təvəllüdlü Babayeva Gülnarə Ağababa qızı Binəqədi qəsəbəsi, 1-ci mədən, 43-cü korpus 488 C saylı ünvanda yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənib ölüb.
Faktla bağlı cinayət işi başlanıb. (trend)