Bakıda zəhərlənmə: Ölən var » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |     13:16 Goranboyda 57 yaşlı kişini avtomobil vurub  |    

Bakıda zəhərlənmə: Ölən var

Bakının Nərimanov rayonunda iki nəfər zəhərlənib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.

Belə ki, Bayramov Sərxan Niyazi oğlu qohumu Həmzəyev Cəlal Ələmdar oğlu ilə birlikdə paytaxtın Nərimanov rayonu K.Rəhimov 17 ünvanında yerləşən “Baku Voice Rooms” restoranında, daha sonra isə Nəsimi rayonu, Tbilisi prospekti 10/32 ünvanında yerləşən “Baku City” restoranında müxtəlif spirtli içkilər və qida məhsulları qəbul etdikdən sonra özlərini pis hiss ediblər.

Zəhərlənmə diaqnozu ilə Bayramov Sərxan 1 saylı Kliniki Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinikasına gətirilib. Nəticədə S.Bayramov müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb, C.Həmzəyev isə ağır vəziyyətdə həkimlərin nəzarəti aldında saxlanılır.

Faktla bağlı S.Bayramovun meyitinə, habelə “Baku Voice Rooms” və “Baku City” restoranlarına Azəbaycan Respubikası Qida Təhlükəsizliyi Agentliyini mütəxəssislərinin iştirakı ilə baxış keçirilib, orada olan spirtli içki və qida məhsullarından nümunələr götürülərək yoxlanılması üçün AQTA-nın mütəxəssislərinə təqdim olunub.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 842 24.12.19 14:11