Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri intihar edib.
Median.Az xəbər verir ki, bu barədə "Report"a Nərimanov RİH-dən məlumat verilib.
Bildirilib ki, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq öldürüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
E.Əlizadə 2014-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, məlumatı ilk olaraq "unikal.org" saytı yayıb.