"Eurohome"da sahibkarların yanan pullarını kim ödəyəcək? - ARAŞDIRMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 BakuBus-un içinə yağış yağır - VİDEO  |     22:39 Bu qurumlarda işçilərə “13-cü maaş” veriləcək  |     22:08 Ronaldunun dublu sayəsində "Ən-Nəsr" "Damak"ı məğlub etdi  |     21:47 Avropa Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdi  |     21:30 Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz edib  |     20:48 Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək - çox az qaldı  |     20:37 Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub  |     20:22 Tbilisidə etiraz aksiyası bərpa edilib  |     20:09 Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib  |     19:53 Masazırda ev uçdu - ölən və yaralananlar var - YENİLƏNİB  |     19:46 Əməkdar artist: "Həmin aparıcıları "blok"a atmışam" - VİDEO  |     19:23 “Rabitəbank” məhkəməyə müraciət etdi: bu ailənin mənzili əlindən alınır  |     19:13 Bu internet provayderləri ləğv olunur  |     19:01 502 hərbçinin nəşi Ukraynaya qaytarıldı  |     18:43 Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib  |     18:34 İstanbulda dördmərtəbəli bina çökdü  |     18:18 35 yaşlı vəkilə parlamentdə vəzifə VERİLDİ - FOTO  |     18:02 Dekabr ayının hava proqnozu - Yağış, qar, 17 dərəcə şaxta...  |     17:50 Rusiya "3+3" platformasını təşkilata çevirmək üzərində işləyir  |     17:25 Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb  |    

"Eurohome"da sahibkarların yanan pullarını kim ödəyəcək? - ARAŞDIRMA

2 gün öncə “Eurohome” ticarət mərkəzində baş vermiş yanğın yenidən ticarət mərkəzlərinin sığorta məsələsini gündəmə gətirdi.

Baku.ws xəbər verir ki, bu məsələ ilə bağlı hazırda fərqli iddialar mövcuddur.

Ticarət mərkəzinin sahibi, iş adamı Azay Möhnətov obyektin sığortalı olduğunu, lakin yanğında həmin sənədlərin də yandığını söyləyib.

“Sığorta sənədləri yanğın olan yerdə olub, biz indi onu araşdırırıq və həmin sənədlənin kopyalarını gətirəcəyik. Hələlik sığorta şirkətlərinin kimə nə qədər kompensasiya ödəyəcəyi məlum deyil. İndi hansı əsasla kimə nə qədər kompensasiya verilməsi məlum deyil, biz onları bilmirik, araşdırılacaq və deyilcək”.


O, kompensiyaya alternativ olaraq belə bir versiya da irəli sürüb ki, yanğından əziyyət çəkən mağaza sahibləri başqa yerlərdə mağaza ilə təmin olunacaq və kompensasiya qarşılığı olaraq onlardan kirayə haqqı alınmayacaq.

Lakin, mağaza sahibləri fərqli fikirləri söyləyirlər. Onlar obyektlərin sığortalı olmadığını bildirirlər. Sahibkarların sözlərinə görə, yanğında 100-dən çox mağazaya ziyan dəyib və onların yarısından çoxu isə sığortalanmayıb.

Rəsmi məlumata görə, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Hadisə zamanı azı 9 nəfər xəsarət alıb. Yanğınla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Kimin haqlı olduğunu demək hələlik mümkün deyil. Çünki ortada heç bir sənəd yoxdur. Amma yüz faiz dəqiq olan bir şey var ki, 100-dən çox sahibkara külli miqdarda ziyan dəyib. Dəymiş ziyanın məbləği dəqiq binməsə də, milyonlara ölçüləcəyini demək mümkündür. Sahibkarların ticarətlərini bərpa etməsi yaxın gələcək üçün real görünmür.

Yaşanmış acı təcrübədən nəticə çıxarılmır

Buna bənzər bir neçə hadisə 2019-cu il ərzində baş versə də, hələ ticarət mərkəzləri və sahibkarlar bunlardan dərs çıxarmaq istəmirlər. Məsələn, 26 martda Nizami rayonunda “Diqlas” ticarət mərkəzindəki yanğını xatırlayaq.

Həmin yanğında ümumilikdə 410-a yaxın sahibkarın mağazası yandı. Ümumi ziyanın dəyərinin 200 milyon manata yaxın olduğu bildirilirdi. Yanğın nəticəsində 4 mərtəbəli ticarət mərkəzi yanaraq kül oldu.


Yanğından sonra məlum oldu ki, mağazalar sığortalı olmayıb. Əslində beynəlxalq təcrübədə belə bir şey olmasa da, Azərbaycanda sahibkarlara dəstək məqsədilə dövlət büdcəsindən onlara yardım arıldı. Prezidentin sərəncamı ilə yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 3,0 (üç) milyon manat ayrılıb. Bundan başqa, yanğınla əlaqədar yaradılmış Komissiya sahibkarların başqa obyektlərdə yerləşdirilməsini təmin ediblər. Hətta onlardan bir neçə ay icarə haqqı da alınmayıb.

Başqa bir hadisə 22 avqustda Dərnəgüldəki taxta bazarında baş vermişdi. Həmin yanğında 22 mağaza yandı. Ümumilikdə isə dəyənən ziyanın 5 milyon manata yaxın olduğu bildirilirdi. Burada da təəssüf ki, mənzərə eyni idi: heç bir obyekt sığortalanmamışdı.


Bunlardan başqa, “Sədərək” və “Bin” ticarət mərkəzlərində də dəfələrlə güclü yanğınlar olub və bir çox sahibkara ziyan dəyib. Amma hələ də bu hadisələrdən nəticə çıxarmaq istəməyən iş adamları və sahibkarlar var. Hadisə baş verdikdən sonra çıxılmaz vəziyyətdə qalırlar və günahkar axtarmağa başlayırlar.

Məsələn, “Eurohome”dakı yanğından sonra mağaza sahibləri Bakı-Sumqayıt yolunu bağlayıblar və dəymiş ziyanı qarşılanmasını tələb ediblər. Sual olunur ki, dəymiş ziyanı kim ödəməlidir? Bunun bir cavabı var ki, bu, yalnız sığortalanmış əmlak sahiblərinə ödənilir. Növbəti sual yaranır? Həmin mağaza sahibləri obyektlərini sığortalamışdı? Maraqlısı budur ki, sahibkarlar sığortalanmadığını deyir, ticarət mərkəzi sahibi Azay Möhnətov isə sığortalandığını deyir. Ən yaxşısı araşdırmanın nəticəsini gözləməkdir.

Qanunvericilik

2011-ci ildən etibarən tətbiq edilən “İcbari sığortalar haqqında” Qanuna görə, Azərbaycanda istər hüquqi, istər sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərin, istərsə də vətəndaşların əmlakı məcburi qaydada sığortaya cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsində sığorta olunmamağa görə həm fiziki, həm də hüquqi şəxslər üçün cərimə müəyyən edilib.

Qanuna əsasən, sığorta yalnız daşınmaz əmlakın özünə şamil olunur. Bu zaman daşınmaz əmlak deyəndə onun konstruksiyası, tavanı, döşəməsi, elektrik xətləri və.s nəzərdə tutulur. “İcbari sığorta” haqqında qanunun tələbinə uyğun olaraq daşınmaz əmlakını sığorta etdirən sahibkarlar hansısa sığorta hadisəsi baş verdikdə dəymiş ziyanın qarşılanmasını tələb edə bilər.

Sığorta daşınmaz əmlakın içərisində olan mallar, mebel, avadanlıq və s. isə icbari sığortaya aid deyil. Bunların sığortalanması sahibkarların öz seçiminə aid olan məsələdir.

Sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı modern.az-a açıqlamasında başqa bir problemə diqqət çəkib:

“Burada da başqa bir problem ortaya çıxır. Bu kimi ticarət mərkəzlərindəki sahibkarların bütün malları rəsmi uçotdan kənardır. Onların heç birinin mağazasında nə qədər mal olduğuna dair rəsmi sənəd yoxdur. Əsasən vergidən yayınma hallarında buna rast gəlinir. Bu da sığorta şirkəti üçün başqa bir problem yaradır. Çünki şirkətin həmin malları sığotalaması üçün mütləq şəkildə rəsmi uçot və hesabat sistemi olmalıdır. Hadisə zamanı sığorta şirkəti binanın içərisində neçə manatlıq malın zərər gördüyünü müəyyənləşdirə bilmir”.


Onun sözlərinə görə, bu cür obyektlərin əksəriyyətində bir çıxarış olur:

“Ticarət mərkəzlərindəki ayrı-ayrı mağazalarla heç icarə müqaviləsi bağlanmır. Bəzi hallarda iri şirkətlər ticarət mərkəzini rəsmi müqavilə bağlamağa məcbur edirlər. Əksər hallarda çoxu qeyri-rəsmi işləyir. Bu baxımdan sahibkar istəsə belə, rəsmi müqaviləsi olmadığından, sığorta müqaviləsi bağlaya bilmir. Əgər orada müəyyən olunsa ki, ərazi sığortalanmayıb və Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzi barədə tədbir görməyib, bu halda nazirliyin də məsuliyyəti yaranır. Əgər sığorta müqaviləsi aşağı məbləğə bağlanıbsa, burada sahibkar özü günahkardır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 700 12.12.19 13:38