Dəhşətli qətlin təfərrüatı: Dostunu evinə çağırdı, odunla və bıçaqla öldürdü, evi yandırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 BakuBus-un içinə yağış yağır - VİDEO  |     22:39 Bu qurumlarda işçilərə “13-cü maaş” veriləcək  |     22:08 Ronaldunun dublu sayəsində "Ən-Nəsr" "Damak"ı məğlub etdi  |     21:47 Avropa Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdi  |     21:30 Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz edib  |     20:48 Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək - çox az qaldı  |     20:37 Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub  |     20:22 Tbilisidə etiraz aksiyası bərpa edilib  |     20:09 Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib  |     19:53 Masazırda ev uçdu - ölən və yaralananlar var - YENİLƏNİB  |     19:46 Əməkdar artist: "Həmin aparıcıları "blok"a atmışam" - VİDEO  |     19:23 “Rabitəbank” məhkəməyə müraciət etdi: bu ailənin mənzili əlindən alınır  |     19:13 Bu internet provayderləri ləğv olunur  |     19:01 502 hərbçinin nəşi Ukraynaya qaytarıldı  |     18:43 Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib  |     18:34 İstanbulda dördmərtəbəli bina çökdü  |     18:18 35 yaşlı vəkilə parlamentdə vəzifə VERİLDİ - FOTO  |     18:02 Dekabr ayının hava proqnozu - Yağış, qar, 17 dərəcə şaxta...  |     17:50 Rusiya "3+3" platformasını təşkilata çevirmək üzərində işləyir  |     17:25 Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb  |    

Dəhşətli qətlin təfərrüatı: Dostunu evinə çağırdı, odunla və bıçaqla öldürdü, evi yandırdı

Astarada 57 yaşlı kişinin evdə yanaraq ölməsinin təfərrüatı məlum olub.

Dünən Şiyəkəran kənd sakini, 1961-ci il təvəllüdlü Əliyev Sadiq Novruz oğlunun evində baş vermiş yanğın nəticəsində onun dostu Əliyev Cabir Mürvət oğlunun ölməsi barədə məlumat verilib.

Astara Rayon Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, C.Əliyev öldürülərək yandırılıb.

Şübhəli şəxs qismində saxlanılan S.Əliyev dostunu qətlə yetirdiyini etiraf edib.

Bildirib ki, C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı S.Əliyev C.Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Hadisəni törədən S.Əliyev sonra evdəki sobanı təpiklə vurub aşırıb, nəticədə, yanğın baş verib və ev tam yanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 975 09.12.19 13:17