Median.Az xəbər verir ki, noyabrın 29-u saat 8 radələrində Avşar kəndi ərazisində, rayon sakinləri O.Məmmədovun idarə etdiyi “VAZ-2107” və Hüseyn Dədəkişiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Zərbədən sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyərək yanıb.
Nəticədə H.Dədəkişiyev və sərnişini, həyat yoldaşı Güllü ölüblər, O.Məmmədov xəstəxanaya yerləşdirilib.
Bundan başqa, həmin gün saat 21 radələrində Hüsülü kəndi ərazisində, rayon sakini Gündüz Mirzəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı
su kanalına aşırıb. Sürücü suda boğularaq ölüb.
Faktlarla bağlı araşdırmalar aparılır.