Qubada gənc qadın dəm qazından zəhərlənib.
Rayonun Alpan kənd sakini, 28 yaşlı Xəyalə Allahverdiyeva Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanada qadına dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Hazırda xəstənin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/