Bakıda 23 yaşlı tələbə dəm qazının qurbanı olub.
Hadisə noyabr ayının 23-də Bakının Sabunçu rayonunda baş verib.
Belə ki, Şəki rayon Baş Küngüt kəndində doğulan, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayan 1996-cı il təvəllüdlü Məhyəddinov Ramil Adil oğlu yaşadığı evin hamam otağında ailə üzvləri tərəfindən huşsuz vəziyyətdə aşkar edilib.
Müayinə zamanı Ramil Məhyəddinovun artıq öldüyü müəyyən edilib.
23 yaşlı tələbənin dəm qazının sızması nəticəsində dünyasını dəyişdiyi bildirilir. Tələbənin valideynlərinin dediklərinə görə, övladları Bakı şəhər 87 saylı tam orta məktəbdə oxuyub.
Daha sonra imtahan verərək Gəncə Dövlət Unversitetinə daxil olub. Lakin təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.
Hərbi xidməti bitirdikdən sonra isə yenidən imtahan verərək 2016-cı ildə İqtisad Universitetinə daxil olub. Hazırda ali məktəbin 4-cü kursunda təhsil alırmış.
Hadisə baş verən gün isə valideyinləri evdə olmayıb.
/oxu.az/