Median.Az xəbər verir ki, noyabrın 23-ü saat 20 radələrində Cəlilabad şəhərində, şəhər sakini Mirzəbəy Cəfərov idarə etdiyi “VAZ-21063” markalı avtomobili elektrik dirəyinə vurub.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Cəlilabad RPŞ-də araşdırma aparılır.