İnquşetiyanın paytaxtı Nazranda yerləşən mağazaların birində asılmış vəziyyətdə olan qız meyiti tapılıb.
Hadisə barədə ilk məlumat sosial şəbəkələrdə yayılıb.
Sakinlər bildirir ki, cəsəd üç gün asılı vəziyyətdə qalıb. Eyni zamanda, qızın mağazanın girişində müxtəlif əşyalar satdığı və azərbaycanlı olduğu barədə məlumatlar var.
Qızın ölümündə kriminal izlərin olub-olmaması barədə araşdırmanı hüquq-mühafizə orqanları aparacaq.