Sabirabadda bir ailənin dörd üzvünü avtomobil vurub.
Qafqazinfo xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində baş verib.
Belə ki, Suqovuşan kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Tərviz Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yol kənarı ilə gedən bir ailənin dörd üzvünü vurub.
Qəza nəticəsində Suqovuşan kənd sakinləri, 1991-ci il təvəllüdlü Ələkbərov Kənan Əli oğlu, onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Ələkbərova Aygül Bəxtiyar qızı, övladları - 2013-cü il təvəllüdlü Ələkbərli Zeynal Kənan oğlu və 2012-ci il təvəllüdlü Ələkbərli Əli Kənan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, K.Ələkbərovun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.