Nərimanov rayonunda bir nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Hadisə Heydər Əliyev prospektində baş verib.
1971-ci il təvəllüdlü Kazımov Etibar Şəmsəddin oğlu Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin qarşısında ağac kəsib. Bu zaman ağac onun üzərinə aşıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.