Şamaxıda kişi qoz ağacından yıxılaraq ölüb.
Hadisə şəhərin Kiçik Xınıslı yaşayış massivində qeydə alınıb.
Rayon sakini, 1969-cu il təvəllüdlü Baloğlanov Elsevər Qafur oğlu qoz yığmaq üçün ağaca çıxıb.
O, ehtiyatsızlıqdan ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməyilə xəstəxanaya aparılan yaralı yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/