Məşhur amerikalı bəstəkar Laşon Deniels Cənubi karolina ştatında ağır yol qəzasında dünyasını dəyişib.
Median.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 41 yaşlı musiqiçinin ölümü barədə həyat yoldaşı Eypril Deniels İnstaqram səhifəsində yazıb.
Qeyd edək ki, Laşon Maykl Cekson, Ledi Qaqa, "Spice Girls", Beyons, Cennifer Lopez, "50 Cent" kimi məşhurlara yazdığı hitləri ilə tanınır. 2001-ci ildə o, "Say my name" mahnısına görə "Qremmi" mükafatı alıb.