11 Sentyabrın təşkilatçısı məhkəmə qarşısında - Şok faktlar açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |    

11 Sentyabrın təşkilatçısı məhkəmə qarşısında - Şok faktlar açıqlandı

2001-ci ilin 11 Sentyabrında ABŞ-a qarşı həyata keçirilən terror hücumunun memarı Xalid Şeyx Məhəmməd 20 ildən sonra məhkəmə qarşısına çıxarılır.

Median.Az
Teleqraf.com-a istinadən xəbər verir ki, Şeyx Məhəmməd və Quantanamo həbsxanasında saxlanılan 4 şəxsi 2021-ci ilin 11 yanvarında hərbi məhkəmə mühakimə edəcək.

Bu şəxslər hərbi cinayətdə, terrorizmdə və 3 min insanın qətlində ittiham olunur.

Məhkəmə prosesi ilə 2001-ci ilin 11 Sentyabrında Nyu York, Vaşinqton və Pensilvaniyada həyata keçirilən qanlı terror hadisələri ilə əlaqədar olaraq Quantanamo həbsxanasında saxlanılan terrorçuların ilk dəfə ədalət qarşısına çıxarılması baş verəcək.

Qeyd edək ki, Şeyx Məhəmməd 2003-cü ildə Pakistanda saxlanılıb və dərhal Quantanamo həbsxanasına gətirilib. 16 ildir həbsdə olan Məhəmmədin məhkəmə önünə çıxarılması dəfələrlə təxirə salınıb. 11 Sentyabr terrorunun memarı kimi tanınan Şeyx Məhəmmədin "şəhid olmaq məqsədilə" günahkar olduğunu qəbul etmək istədiyi deyilir.

Pentaqon bir neçə il əvvəl elan etmişdi ki, 11 Sentyabr hücumlarında A-dan Z-yə qədər cavabdeh şəxs Xalid Şeyx Məhəmməd olub.

İddia edilir ki, Şeyx Məhəmməd bir sıra terror hadisələrində fəal rol oynayıb. 2002-ci ildə İndoneziyada bir gecə klubunun bombalanması, 1993-cü ildə Dünya Ticarət Mərkəzinin vurulması bu sıradadır.

ABŞ-ın bir qrup hüquqşünası ifadə və etirafların işgəncə altında alındığını əsas gətirərək məhkəmə tərəfindən onların qəbul edilməyəcəyini qeyd edirlər.

Şeyx Məhəmməd Quantansmo həbsxanasında işgəncələrə məruz qaldığını bəyan edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuata sızan qeydlərində də Şeyx Məhəmmədin boğulma təsiri yaradan işgəncə maşınından 183 dəfə keçirildiyini isbatlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 254 31.08.19 21:29