Gürcüstanda 20 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"RİA Novosti" xəbər verir ki, hadisə paytaxt Tbilisidən 18 km məsafədə yerləşən Teleti kəndində olub.
Üç mikroavtobusun toqquşması ilə nəticələnən qəzada 20 nəfər yaralanıb, iki nəfər isə ölüb.
Yaralananlardan 17-si və ölənlərin hər ikisi Ermənistan vətəndaşlarıdır. İki yaralı Gürcüstan, biri isə Azərbaycan vətəndaşı olub.
Hadisənin digər təfərrüatları haqqında məlumat yoxdur.