Tramp keçmiş köməkçisini bağışladı: Sirlərimizi açıqlasa da, üzrünü qəbul edirəm » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |    

Tramp keçmiş köməkçisini bağışladı: Sirlərimizi açıqlasa da, üzrünü qəbul edirəm

ABŞ Prezidenti Donald Tramp köməkçisi Madlen Vesterhoutu yaxşı insan hesab etdiyini və onu bağışladığını deyib.

Belə ki, ötən həftə "Politico" qəzeti Vesterhoutun Trampın qızları İvanka və Tiffani haqqındakı sözlərinə görə, vəzifəsindən istefa etdiyini yazmışdı.

Vesterhout avqustun 17-də yerli mətbuata verdiyi bir açıqlamasında Donald Trampla aralarındakı münasibətlərin onun qızları ilə arasındakı münasibətdən daha yaxşı olduğu ilə öyünmüşdü. Bundan başqa, 28 yaşlı köməkçi bildirmişdi ki, prezident qızı Tiffani ilə şəkil çəkdirməyi sevmir, çünki onu çox kök hesab edir. Nəhayət, Vesterhout zarafatla əlavə etmişdi ki, Tramp bəzən qızı Tiffanini izdiham içərisində digər insanlardan fərqləndirə bilmir.

Tramp isə öz növbəsində "Twitter" səhifəsində məsələ ilə bağlı yazıb ki, hər nə qədər Madlen Vesterhout razılaşdırılmamış açıqlamalar veribsə də, onun üzrünü qəbul edib və bağışlayıb.

Cümə günü "Ağ ev"də jurnalistlərin suallarını cavablandıran Prezident Vesterhoutun ölkənin birinci ailəsinin sirrlərini və şəxsi təfərrüatlarını açıqladığı üçün işdən çıxarıldığını təsdiqləmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 452 31.08.19 19:25