Böyük Britaniyanın baş naziri Boris Conson əvvəllər rok-ulduz və ya supermarketlər şəbəkəsinin sahibi olmağı arzu etdiyini bildirib.
RBK xəbər verir ki, bu sözləri Conson jurnalist və siyasətçi olmaq istəyən gənclər ilə görüş zamanı deyib.
“Mənim müxtəlif hədəflərim olub. Bir müddət fikirləşirdim ki, musiqiçi, rok-ulduz ola bilərəm, ancaq çox uzağa gedə bilmədim. Ondan sonra mağazalar şəbəkəsi yaratmağı və maqnata çevrilməyi düşündüm, ancaq bu işdə də qərar tuta bilmədim. Mən mətbəx plitələri istehsal etməyi düşünürdüm, bu isə ən uğursuz qərar idi”, - britaniyalı baş nazir belə deyib.
Onun sözlərinə görə, bütün bunlar o deməkdir ki, gənclər əvvəlcə özlərini müxtəlif ixtisaslarda sınamalıdır.