Aya qadın kosmonavt göndəriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:26 Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı  |     13:24 Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğulub  |     13:16 Serj Sarqsyanın diplomat kürəkəninin məhkəməsi başlayır  |     23:03 BakuBus-un içinə yağış yağır - VİDEO  |     22:39 Bu qurumlarda işçilərə “13-cü maaş” veriləcək  |     22:08 Ronaldunun dublu sayəsində "Ən-Nəsr" "Damak"ı məğlub etdi  |     21:47 Avropa Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdi  |     21:30 Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz edib  |     20:48 Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək - çox az qaldı  |     20:37 Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub  |     20:22 Tbilisidə etiraz aksiyası bərpa edilib  |     20:09 Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib  |     19:53 Masazırda ev uçdu - ölən və yaralananlar var - YENİLƏNİB  |     19:46 Əməkdar artist: "Həmin aparıcıları "blok"a atmışam" - VİDEO  |     19:23 “Rabitəbank” məhkəməyə müraciət etdi: bu ailənin mənzili əlindən alınır  |     19:13 Bu internet provayderləri ləğv olunur  |     19:01 502 hərbçinin nəşi Ukraynaya qaytarıldı  |     18:43 Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib  |     18:34 İstanbulda dördmərtəbəli bina çökdü  |     18:18 35 yaşlı vəkilə parlamentdə vəzifə VERİLDİ - FOTO  |    

Aya qadın kosmonavt göndəriləcək

ABŞ Kosmik Agentliyi (NASA) 2024-cü ildə Ayın cənub qütbünün yaxınlığına biri qadın olmaqla iki astronavt göndərmək niyyətindədir.

Median.Az “ICTnews”a istinadən xəbər verir ki, bu barədə agentlik rəhbəri Cim Braydenstayn bildirib.

Onun sözlərinə görə, gələcəkdə qadınlar kosmosun mənimsənilməsində əsas rol oynayacaqlar. O, həmçinin Marsa göndəriləcək ilk kosmonavtın qadın olacağını istisna etməyib:

“Biz bu məqsədə yaxınıq, çünki növbəti ilin martında tarixdə ilk dəfə qadın astronavtlar qrupu açıq kosmosa çıxacaq”.

Qeyd edək ki, bir müddət əvvəl bu ideya ABŞ hökuməti tərəfindən də dəstəklənib. Ölkənin vitse-prezidenti Mayk Pensin sözlərinə görə, astronavtlar bazanın yaradılması üçün Ayda uzun müddət qalacaqlar. Siyasətçi Ayda toplanan təcrübənin gələcəkdə astronavtların Marsa göndərilməsinə kömək edəcəyinə əmindir. Bununla yanaşı, Prezident Donald Tramp Administrasiyası 2024-cü ildə Aya enməni və Yer peykinin səthində infrastrukturun yaradılmasını nəzərdə tutan “Artemis” proqramına dəstək nümayiş etdirib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 302 28.08.19 22:15