Androidlər üçün olan bu əlavədə təhlükəli virus aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:24 Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğulub  |     13:16 Serj Sarqsyanın diplomat kürəkəninin məhkəməsi başlayır  |     23:03 BakuBus-un içinə yağış yağır - VİDEO  |     22:39 Bu qurumlarda işçilərə “13-cü maaş” veriləcək  |     22:08 Ronaldunun dublu sayəsində "Ən-Nəsr" "Damak"ı məğlub etdi  |     21:47 Avropa Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdi  |     21:30 Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz edib  |     20:48 Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək - çox az qaldı  |     20:37 Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub  |     20:22 Tbilisidə etiraz aksiyası bərpa edilib  |     20:09 Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib  |     19:53 Masazırda ev uçdu - ölən və yaralananlar var - YENİLƏNİB  |     19:46 Əməkdar artist: "Həmin aparıcıları "blok"a atmışam" - VİDEO  |     19:23 “Rabitəbank” məhkəməyə müraciət etdi: bu ailənin mənzili əlindən alınır  |     19:13 Bu internet provayderləri ləğv olunur  |     19:01 502 hərbçinin nəşi Ukraynaya qaytarıldı  |     18:43 Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib  |     18:34 İstanbulda dördmərtəbəli bina çökdü  |     18:18 35 yaşlı vəkilə parlamentdə vəzifə VERİLDİ - FOTO  |     18:02 Dekabr ayının hava proqnozu - Yağış, qar, 17 dərəcə şaxta...  |    

Androidlər üçün olan bu əlavədə təhlükəli virus aşkarlanıb

Kibertəhlükəsizlik sahəsinin ekspertləri "Google Play" mağazasında təqdim olunan "CamScanner" əlavəsinin içində təhlükəli virus aşkar ediblər.

Bu barədə "Kasperski Laboratoriyası"nın saytında məlumat yayılıb.

Proqram PDF-faylların yaradılması və skanerdən çıxarılmış sənəddə mətnin oxunması üçün lazımdır. Məlumata əsasən, əlavə və onun növləri 100 milyon dəfədən çox yüklənilib.

Tədqiqatçılar istifadəçilərin şikayətlərindən sonra proqrama diqqət yetiriblər. Əlavənin son versiyalarından birində onlar "dropper virusu" aşkar ediblər. Virus yükləyici modulu işə salır və onun vasitəsilə cinayətkarlar istədiklərini qacetə yükləyə bilir.

Güman edilir ki, bu, reklam nümayişi və xüsusi abunəçilik, yaxud hesabların satışı vasitəsilə proqramı gəlir mənbəyinə çevirmək cəhdləri ilə bağlıdır.

Ekspertlərin xəbərdarlığından sonra "Google" şirkəti bu proqramı "market"dən silib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 349 28.08.19 21:18