Ceyms Bond silsiləsindən çəkilən növbəti filmin adı bəlli oldu. Ekran əsəri "Ölməyə vaxt yoxdur" adlanacaq.
Bu barədə məlumat film müəlliflərinin rəsmi səhifəsində əksini tapıb. Məlumatda deyilir: "Deniel Kreyq "Ölməyə vaxt yoxdur" filmində Agent 007 - Ceyms Bond roluna qayıdır".
Ekran əsərinin dünya premyerası gələn ilə - aprelin 2-nə təyin olunub.
Filmin rejissoru "Əsl xəfiyyə" serialı ilə məşhurlaşan Keri Fukunaqadır. Kreyqdən başqa filmdə Kristof Valts, Rami Malek, Lea Seydu, Ana de Armas və Reyf Fayns da rol alıb.