Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasında Rixter cədvəli ilə 5,4 bal gücündə zəlzələ baş verib.
Median.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar qonşu prefekturalarda da hiss olunub.
Zəlzələ nəticəsində xəsarət alanlar olmayıb. Zəlzələnin episentri yerin 90 kilometr dərinliyində qeydə alınıb.
Sunami təhlükəsinin olmadığı bildirilib.
Qeyd edək ki, Yaponiya eyni zamanda qasırğadan da əziyyət çəkir. Ölkənin qərbində tüğyan edən "Krosa" qasırğası nəticəsində 16 nəfər xəsarət alıb.
15 prefekturada sürüşmə və daşqınlar təhlükəsi ilə 7 minədək sakin təxliyə olunub.
Ümumilikdə, 580 minə yaxın sakinin təxliyəsi gözlənilir. Qasırğa Sikoku və Küsü adalarında 280 mindən çox evi təhlükə altında qoyub.
Yaponiyanın qərbində 700-dək aviareys təxirə salınıb, dəmir yollarında hərəkət dayandırılıb.
Sinoptiklər 1200 millimetrədək yağıntının düşəcəyini planlaşdırır.