Myanmanın cənub-şərqində yerləşən Mon ştatında baş vermiş sürüşmə nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Median.Az xəbər verir ki, bu barədə yerli yanğın xidmətinə istinadən "Sinhua" məlumat yayıb.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Sürüşmə leysan yağışları nəticəsində baş verib. Yağıntı bir neçə qəsəbənin su altında qalmasına səbəb olub. Bir sıra məktəblər müvəqqəti bağlanıb.