KİV: Tramp ikinci sui-qəsd cəhdinə baxmayaraq, seçki kampaniyasını davam etdirəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |     18:39 "Səs Azərbaycan"ın iştirakçısı ABŞ-Mekaika sərhədində öldürüldü - VİDEO  |     18:23 Məmmədli sakinləri acınacaqlı durumda: "Şikayətimizə baxan yoxdur" (VİDEO)  |     18:17 Avropa çempionu olan yüngül atlet ağır xəstəliyə tutulduğunu açıqlayıb  |     18:00 Azərbaycandakı qadın hakimlərin sayı açıqlandı  |     17:53 Tikinti materialları bahalaşdı - VİDEO  |     17:45 Aşura günü ÜÇ MİNƏ YAXIN şəxs könüllü qan verib  |    

KİV: Tramp ikinci sui-qəsd cəhdinə baxmayaraq, seçki kampaniyasını davam etdirəcək

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp bu yaxınlarda ona qarşı edilmiş növbəti, sayca ikinci sui-qəsd cəhdinə baxmayaraq, bu həftəyə planlaşdırılan bütün seçki kampaniyası tədbirlərində iştirak etmək niyyətindədir.

Median.Az xəbər verir ki, bu barədə CNN telekanalı namizədin iş qrafiki ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp həyatına təhlükə olmasına baxmayaraq, seçki yarışında fəal iştirakını davam etdirərək planlaşdırılan tədbirlərin heç birini ləğv etmək və ya təxirə salmaq fikrində deyil.

Xatırladaq ki, dünən Florida ştatındakı Palm-Biçdə Donald Trampın olduğu “Trump International Golf Club”un yaxınlığında odlu silahdan atəş açılıb. Hadisə ABŞ prezidentliyinə namizədin həyatına növbəti sui-qəsd kimi qiymətləndirilib. Şübhəli 58 yaşlı Rayan Uesli Rut artıq həbs edilib.

CNN-in məlumatına görə, bu gün ABŞ məhkəməsi Rutu odlu silahla bağlı iki maddə üzrə ittiham edib.
Palm-Biç dairəsinin şerifi Rik Bredşou bildirib ki, təcavüzkarın gizlənməyə çalışdığı qolf klubunun yaxınlığındakı kolluqlarda optik nişangahı olan “AK-47” avtomatı, içərisində keramika lövhələri olan iki çantası və ekşn-kamera aşkar edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            813 16.09.24 22:33