Həyat yoldaşından rusiyalı milyarderə qarşı 7 milyard dollarlıq iddia » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Həyat yoldaşından rusiyalı milyarderə qarşı 7 milyard dollarlıq iddia

Rusiyalı oliqarx Vladimir Potaninin keçmiş həyat yoldaşı əmlak bölgüsü ilə bağlı London məhkəməsində iddia qaldırıb.

Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

Bildirilib ki, Natalya Potanina keçmiş həyat yoldaşından 5.8 milyard funt (təxminən 7 milyard dollar – red.) tələb edir.

“Forbes” jurnalı Potanini planetin ən varlı insanlarından biri kimi təqdim edərək onun sərvətinin 18,1 milyard dollar dəyərində olduğunu yazıb.

Natalya və Vladimir 30 illik evlilikdən sonra - 2014-cü ildə boşanıblar. O vaxtdan bəri keçmiş həyat yoldaşlarının vəkilləri dəfələrlə məhkəmədə görüşüblər. Məhkəmənin çıxardığı qətnaməyə əsasən, Natalyaya üç torpaq sahəsi və biri Rublevkada yerləşən iki ev verilib.

Həmçinin, oliqarx keçmiş həyat yoldaşına Moskvanın mərkəzindəki elit mənzilin dəyərinin yarısını ödəyib.

2017-ci ildə Natalya ərinə qarşı daha iki iddia qaldırıb, lakin Moskva məhkəməsi iddianı rədd edib. İndi Potanina, ortaq şəkildə əldə etdiyi varidatın bir hissəsini London məhkəməsi vasitəsilə almağa çalışır.

RBK-nın məlumatına görə, Vladimir Potanin pulunu və mülkünü qorumaq üçün İngiltərənin ən məşhur boşanma vəkili, “Polad Maqnoliya” ləqəbli Baronessa Fiona Şakletonla iş birliyinə başlayıb.

Qeyd edək ki, Baronessa hazırda Dubay hökmdarı Məhəmməddən Avropaya qaçan həyat yoldaşı Şahzadə Həyyanın hüquqlarını müdafiə edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 394 09.08.19 22:30