Səhər saatlarında Maqadan şəhərinin mərkəzində ayı müşahidə olunub.
Bu haqda “RİA Novosti”yə ovçular idarəsindən məlumat veriblər.
Polislər ayını şəhər küçələrində uzun müddət təqib ediblər. Lakin insanlara təhlükə yaratdığından ayını məktəblərin birinin həyətində güllələyiblər.
Ovçular hadisəni belə şərh ediblər: “Ayının şəhərin mərkəzinə gəlməsi nadir hadisədir. Yəqin ki, o nədənsə qorxub və şəhərə soxulmağa məcbur olub”.