Çinin Liaoning əyalətində baş verən tornado nəticəsində 6 nəfər ölüb, 120-dən artıq xəsarət alan var.
Median.Az report-a istinadən xəbər verir ki, Tielinq şəhər dairəsindəki Kaiuan qəzası ərazisində küləyin sürəti saniyədə 23 metrədək gücləndiyindən bir çox binalara və elektrik xətlərinə ziyan dəyib.
Dağıntılar altında qalan 210-dək sakindən altısının öldüyü dəqiqləşib.
Yerli hökumət qurumları fövqəladə hallarla bağlı təcili tədbirlər planını işə salıb.