Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu al » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |    

Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu al

Yeni Zelandiya hökuməti əhalidən qadağan olumuş yarımavtomat silahların yığılması məqsədilə onların satın alınmasına 136 milyon dollara yaxın pul xərcləyəcək.

Bu barədə “New Zealand Herald” yerli Daxili İşlər və Maliyyə nazirlərinin birgə bəyanatına istinadən məlumat yayıb.

Kraystçörç şəhərində məscidlərdə törədilmiş terror aktından (50 nəfər həyatını itirmişdi - red.) sonra Yeni Zelandiyanın Baş naziri Casinda Ardern ölkə ərazisində yarımavtomat silahların və döyüş tüfənglərinin saxlanılması və istifadəsinə qadağa qoyulduğunu elan etmişdi. Aprel ayında Yeni Zelandiya parlamenti bu barədə müvafiq qanun qəbul edib.

Məlumata görə, Yeni Zelandiya büdcəsindən belə silahların əhalidən satın alınması üçün 190 milyon Yeni Zelandiya dolları (təxminən 124,7 milyon ABŞ dolları), silahların toplanma sxeminin hazırlanmasına isə əlavə 18 milyon Yeni Zelandiya dolları (təxminən 11,8 milyon ABŞ dolları) ayrılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 037 20.06.19 11:34