Moskvada xüsusi təyinatlının ölümü ilə bağlı daha bir erməni həbs olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:47 İsrail ordusu Dəməşqin ətraf bölgələrini atəşə tutub  |     22:40 2025-ci il bu 3 bürcə uğursuzluq gətirə bilər - sevdiyiniz şəxs...  |     22:33 Anasını evdə başqa kişiylə tutduğuna görə öldürüb - Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI - FOTO  |     22:26 Etibarnamə ilə bağlı problem həll olundu - DİN-dən açıqlama - VİDEO  |     22:18 Tokayev: Azərbaycan və Ermənistanın münasibətlərdə yeni səhifə açmaq istəyini dəstəkləyirik  |     22:11 Mədəniyyət Nazirliyində xalq artisti Yalçın Adıgözəlovla görüş olub  |     22:03 Zaqatalada ağır qəza: xəsarət alan 4 nəfərin vəziyyəti AÇIQLANDI  |     21:55 Yollarda təhlükə yaradan velosipedçilər cərimələnəcək - RƏSMİ AÇIQLAMA  |     21:49 Axtarışda olan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi  |     21:41 İspaniyada ölənlərin sayı 217-ə çatdı - 30 mindən çox...  |     21:34 Azərbaycanda yayılan virus nədir?  |     21:27 Azərbaycanda toy yasa qarışdı: tanınmış həkim qızının şad günündə ÖLDÜ  |     21:20 Tablolarında öz qanını boya kimi istifadə edən rəssamıninanılmaz həyat hekayəsi - FOTO  |     21:13 20 yaşlı oğlan anasını amansızlıqla qətlə yetirdi  |     21:06 Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub  |     20:59 Qadın voleybolçular arasında Azərbaycan Kubokunun sahibi bəlli olub  |     20:53 ISESCO Bakıda keçiriləcək COP29-un işində fəal iştirak edəcək  |     20:45 Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir  |     20:38 Zakir Həsənov Slovakiyada səfərdədir  |     20:30 Anar Ələkbərov Klaudio Qucerotti ilə görüşdü - Foto  |    

Moskvada xüsusi təyinatlının ölümü ilə bağlı daha bir erməni həbs olundu

Moskva məhkəməsi Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin ölümü ilə nəticələnmiş davanın iddia olunan səkkizinci iştirakçısı barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə TASS Krasnoqorsk şəhər məhkəməsinə istinadən məlumat yayıb.

“Krasnoqorsk şəhər məhkəməsinin qətnaməsinə əsasən, şübhəli Hamlet Romikoviç Ayrapetyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun vəsatəti təmin edilib”, - deyə məhkəmədən bildiriblər.

Ona qarşı RF Cinayət Məcəlləsinin 213-cü maddəsinin ikinci hissəsi üzrə (qabaqcadan əlbir olma yolu ilə bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) cinayət işi açılıb.

Qeyd edək ki, bundan əvvəl, ötən həftə sözügedən işlə bağlı yeddi nəfər həbs olunmuşdu. Onlardan biri – Sergey Xocanyan Belyankini qətlə yetirməkdə, qalanları isə xuliqanlıqda təqsirləndirilir.

Bundan əvvəl İstintaq Komitəsi kütləvi davada 10-a yaxın insanın iştirak etdiyini bildirirdi.

24 yaşlı Nikita Belyankin Krasnoqorsk rayonunun Putilkovo kəndində yerləşən pivəxanada düşən kütləvi dava zamanı öldürülüb. Keçmiş xüsusi təyinatlı kütlənin ayaqlar altına aldığı iki kişini müdafiə etməyə çalışıb və bu zaman döş nahiyəsindən ölümcül bıçaq zərbəsi alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 223 10.06.19 14:13