Şimali Koreya lideri Kim Çen In generallardan birini xüsusi qəddarlıqla ölümə məhkum edib.
Adı açıqlanmayan və dövlət çevrilişinə cəhddə ittiham olunan general prezidentin Rensonq sarayında yeni və amansız metodla edam edilib.
Belə ki, generalın qolları və ayaqları parçalandıqdan sonra o, yırtıcı balıqlarla - ac piranalarla dolu akvariuma atılıb.
Bu edam növünün ideyasını Ceyms Bond filmlərindən aldığı bilinən Kim Çen In içərisində yüzlərlə vəhşi pirana olan akvariumu Braziliyadan gətizdirib. Dövlət başçısı belə dəhşətli edamla başqa məmurların gözünü qorxutmağa çalışır.